Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd edilib

11:58 - 19 / 03 / 2018
Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd edilib

 Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

1news.az-a BANM-dan verilən məlumata görə, tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Rektou Elmar Qasımov bayram tədbirini açaraq, bütün BANM ailəsini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, hər birinə sağlamlıq və xoş günlər arzulayıb, bütün ailələrə ruzi-bərəkət və firavan həyat diləyib. Rektor tədbir iştirakçılarına milli ənənəni özündə qoruyub saxlayan Novruzun tarixindən, milli və tarixi motivlərin bu bayramda yer alması və təmsil olunmasından, əsrlər boyu qorunub saxlanan adət ənənlərdən danışıb.

“Novruz tariximizi, adət ənənələrimizi və birgə dəyərlərimizi gələcək nəsillərə ötürə bilmək üçün ən gözəl vasitədir”, - deyə Elmar Qasımov bildirib.

Tədbirdə Novruz bayramının əvəzsiz qonaqları Bahar qız,  keçəl və kosa iştirak öz təbrik və maraqlı zarafatları ilə tədbir iştirakçılarında xoş əhval ruhiyyə yaradıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib, tələbələr bayrama həsr etdikləri musiqi kompozisiyaları ilə çıxış edib, nəğmələr oxuyub və rəqs ediblər.

Tədbirin sonunda Ali Məktəbin möhtəşəm kampusunun həyətində böyük Novruz tonqalı yandırılıb, gur alov hər kəsdə böyük sevgi və coşqu, şən əhval ruhiyyə yaradıb. Ali  Məktəbin tələbələri  Novruz tonqalı ətrafinda yallı gedərək rəqs ediblər.

1news.az   

Paylaş:
551

Son xəbərlər

Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14
Bütün xəbərlər