Meksikada “Novruz Bayramı və Azərbaycan mədəniyyəti Günü” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksikada “Novruz Bayramı və Azərbaycan mədəniyyəti Günü” – FOTO

14:22 - 20 / 03 / 2018
Meksikada “Novruz Bayramı və Azərbaycan mədəniyyəti Günü” – FOTO

Meksikanın Mexiko ştatının Naukalpan şəhərinin ən böyük və tanınmış Naukali parkında ölkəmizin Meksikada səfirliyinin təşkilatçılığı və Naukalpan şəhəri hökumətinin dəstəyi ilə “Novruz Bayramı və Azərbaycan  mədəniyyəti Günü” keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Naukalpan şəhər sakinləri, həmçinin bir sıra ölkənin Meksikada səfirləri və digər diplomatik korpus nümayəndələri iştirak edib.

Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov qonaqları salamlayaraq Novruz Bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini dedi. O, bu bayramın qonaqpərvərlik, qarşılıqlı hörmət, rəğbət, səmimiyyət, dostluq, və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini bildirdi. Azərbaycanın müxtəlif mədəniyyət təmsilçilərinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşaması ilə tanındığını vurğuladı. 

Bu kimi tədbirlərin tez-tez keçirilməli olduğunu deyən diplomat beləliklə Meksika və Azərbaycan xalqlarının bir-birinin zəngin mədəniyyət və ənənələri ilə tanış olmaq imkanını əldə etdiyini dedi. O, Novruzun turistlər arasında ən populyar bayramlardan biri olduğunu bildirərək Azərbaycanda turist sayının ildən ilə artdığını qeyd etdi və tədbirin qonaqlarını ölkəmizə səfər etməyə çağırdı. Ölkə rəhbərliyi tərəfindən atılan ardıcıl və səmərəli addımlar nəticəsində xüsusilə son illər Azərbaycanda turistik infrastrukturunun sürətli inkişafından söz açdı. M.Talıbov hər bir Meksika vətəndaşının ASAN Viza internet səhifəsinə daxil olaraq üç sadə addımın yerinə yetirilməsindən sadəcə üç saat sonra elektron viza əldə edə biləcəyi barədə xəbər verdi.

Gün ərzində parka gələn çoxsaylı qonaqlar Novruz Bayramı ilə bağlı ölkəmizdəki adət və ənənələrlə tanış oldu, onlara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə məlumat verildi, materiallar paylanıldı. “İpək Yolu” yerli rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirildi, musiqisi səsləndirildi.

Tədbirə qatılan Naukalpan şəhəri sakinləri tədbirə böyük maraq göstərdi. Novruz Bayramı zamanı bütün uşaqlar tərəfindən sevilən “Yumurta döyüşdürmə” ənənəsi Meksika uşaqları tərəfindən böyük sevinclə qarşılandı.

Tədbirin qapanma mərasimi zamanı Naukali parkının Administrasiyası ölkəmizin mədəniyyəti ilə tanış olmaq üçün bu imkana görə Azərbaycan tərəfinə təşəkkür etdi.

1news.az

Paylaş:
756

Son xəbərlər

Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14
Bütün xəbərlər