Tələbələr arasında “61!” oyunu üzrə çempionat davam edir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbələr arasında “61!” oyunu üzrə çempionat davam edir – FOTO – VİDEO

14:36 - 20 / 03 / 2018
Tələbələr arasında “61!” oyunu üzrə çempionat davam edir – FOTO – VİDEO

AzTV telekanalında tələbər arasında “61!” oyunu üzrə 2018-ci il çempionatı keçirilir.

1news.az-ın məlumatına görə, qələbə uğrunda Azərbaycanın 19 ali təhsil müəssisəsindən 27 tələbə mübarizə aparır.

Veriliş Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həftənin çərşənbə günləri, saat 21:30-da efirə çıxır.

Veriliş Amerikanın populyar “Jeopardy!” televiziya oyununun lisenziyalı versiyasıdır. 61 sualdan ibarət olan oyun “61!” adlanır, - iki raundun hər birində 30 sual səslənir, oyunun sonunda isə iştirakçılara final sualı verilir.

Tələbə çempionatı olimpiya sistemi üzrə keçirilir və 13 verilişdən 1/9 finalda 9 oyundan, üç 1/3 finaldan və böyük finaldan ibarətdir.

Çempionatın qalibi 5000 AZN məbləğində pul mükafatı qazanacaq.

Üçüncü oyunda Azərbaycan Tibb Universitetinin tələbəsi Nərmin Quluzadə, Polis Akademiyasının tələbəsi Turab Yusubov və ADA Universitetinin tələbəsi Səbuhi Baxşıyev qarşılaşırlar.

Bu oyun çərşənbə günü, martın 21-də, saat 21:30-daAzTV telekanalında yayımlanacaq.

Maraqlı yenilikləri diqqətdən qaçırmamaq üçün verilişin rəsmi səhifəsinə abunə olun: www.facebook.com/altmishbir/

1news.az

Paylaş:
2615

Son xəbərlər

Bütün xəbərlər