Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək

12:07 - 20 / 03 / 2018
Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək

Martın 31-də Bakıda beynəlxalq təhsil sərgisinin açılışı olacaq.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sərgidə təhsil ekspertləri xarici universitetlərə qəbul qaydaları, ən yaxşı təhsil ocaqları, xaricdə oxuyanların təqaüd almaları, Türkiyə, İspaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Çin, Qazaxıstan, Sinqapur, Şimali Kipr, İsveçrə, Rusiya və digər ölkələrdə bakalavriat və magistratura təhsili barədə sualları cavablandıracaqlar.

Tədbir DAAD, “Campus France” və “American Councils”in dəstəyi ilə keçiriləcək.

Qeydiyyat üçün bu linkə daxil olmaq lazımdır: https://begin-expo.com/events/vyistavka-mezhdunarodnoe-obrazovanie-baku/?utm_source=citylife.

1news.az

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər