Müdafiə Nazirliyi: Kvadrokopter yəqin ki, uşaqların oyunu zamanı ermənilərin əlinə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Kvadrokopter yəqin ki, uşaqların oyunu zamanı ermənilərin əlinə keçib

1news Redaksiyası12:20 - 20 / 03 / 2018
Müdafiə Nazirliyi: Kvadrokopter yəqin ki, uşaqların oyunu zamanı ermənilərin əlinə keçib

Erməni mətbuatında yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur.

Bunu 1news.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatı dünən təmas xəttində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu barədə məlumat və fotoşəkil yayıb.

Müdafiə Nazirliyi isə bildirir ki, həmin kvadrokopter yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib.

1news.az

Paylaş:
725

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər