Сinayət törətmiş 9 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Сinayət törətmiş 9 nəfər tutulub

12:31 - 24 / 03 / 2018
Сinayət törətmiş 9 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 14 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər