“Nar” Novruz bayramını cəbhə bölgəsindəki əsgərlərlə qeyd etdi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar” Novruz bayramını cəbhə bölgəsindəki əsgərlərlə qeyd etdi - FOTO - VİDEO

17:00 - 27 / 03 / 2018
“Nar” Novruz bayramını cəbhə bölgəsindəki əsgərlərlə qeyd etdi - FOTO - VİDEO

“Nar” Novruz bayramı ərəfəsində daha bir əhəmiyyətli sosial layihəyə imza atdı. Milli önəm kəsb edən məsələləri diqqət mərkəzində saxlayan “Nar” Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinə səfər edərək Azərbaycan Ordusunun  əsgərləri ilə görüş keçirdi.

Görüş zamanı hərbi hissədə xidmət edən əsgərlərə xüsusi sürpriz hazırlanmışdı. Belə ki, “Nar”-ın dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində yerləşən “N” saylı  hərbi hissəyə gəlişi təşkil edilmişdi. Müdafiə Nazirliyi ilə birgə həyata keçirilən bu bayram sürprizi nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə bərabər Novruz bayramını qeyd etdi.

Görüşdə iştirak edən “Azerfon” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov öz çıxışında milli adət və ənənələrin təşviqi, vətənpərvərlik kimi dəyərlərin “Nar” brendinin əsas amallarından olduğunu bildirib. 

“Azərbaycan əsgəri bizim güvənc yerimiz, qürur mənbəyimizdir. Novruz bayramı ərəfəsində əsgərlərimizlə birlikdə olmaq bizim mənəvi borcumuzdur. Vətənin keşiyində duran qəhrəman əsgərlərimizi təbrik edir, onlara bu şərəfli yolu uğurla başa vuraraq tezliklə yaxınlarına, sevdiklərinə qovuşmalarını arzu edirəm”, - deyə cənab Axundov qeyd edib.

Tədbir zamanı xüsusi konsert proqramı təşkil edilməklə yanaşı əsgərlərə “Nar”-dan xüsusi hədiyyələr,  o cümlədən, 200-dən çox kitab hədiyyə olundu.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində təşkil edilən görüşün məhz zəngin adət-ənənələrimizi tərənnüm edən Novruz bayramında keçirilməsi şanlı ordumuzun gecə-gündüz vətən keşiyində duran qəhrəman əsgərlərini sevindirmək, onlara olan dərin hörməti bir daha əyani şəkildə çatdırmaq məqsədi daşıyırdı.

“Azerfon” MMC 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Reklam hüququnda

 

 

 

Paylaş:
891

Son xəbərlər

2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Bakıda yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilibBu gün, 14:41Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34
Bütün xəbərlər