Ərəb turist Bakıda itkin düşüb - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı Sultan Abdullah Alqaseer Bakıda itkin düşüb.
Bu barədə 1news.az-a BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.
Turist kimi ailəsi ilə Bakıya gələn 17 yaşlı daun sindromlu gənc oğlan martın 27-də səhər saat 5:20-də "Winter Park" otelindən çıxıb və geri qayıtmayıb.
Onun axtarışları hələ ki nəticə verməyib. BƏƏ-nin Bakıdakı səfirliyi onu görən şəxslərdən 051 660 65 55 nömrəsinə zəng etmələrini xahiş edir.
P.Sultanova
874