Gillette Milliyet İlin İdmançısı Mükafatlarına namizədlər arasına "Qarabağ"ın da adı düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gillette Milliyet İlin İdmançısı Mükafatlarına namizədlər arasına "Qarabağ"ın da adı düşüb - FOTO

11:05 - 27 / 03 / 2018
Gillette Milliyet İlin İdmançısı Mükafatlarına namizədlər arasına "Qarabağ"ın da adı düşüb - FOTO

Bu il ilk dəfə olaraq, dünya şöhrətli və Türkiyənin ən etimadlı Gillette  Milliyet İlin İdmançısı Mükafatları (Gillette - Milliyet Yılın Sporcusu Ödülleri) namizədləri sırasında azərbaycanlıların fəxri “Qarabağ” Futbol Klubunun da adı var.

Layihənin sponsoru Gillette-in təşəbbüsü ilə “Qarabağ” azarkeşləri onu ilin ən yaxşılarından biri seçə biləcəklər. Səsvermə martın 21-də başa çatıb, aprelin 4-də saat 20.30-da nəticələr CBC Sport telekanalında canlı yayımlanacaq.

Dünyanın ən uzunömürlü idman mükafatı layihəsi olan Milliyyet İlin İdmançısı Mükafatları 1954-cü ildən təqdim olunur. 2018-ci ildə 64-cü dəfə idman azarkeşləri ilin ən yaxşı idmançılarını seçib mükafatlandıracaqlar. İldən-ilə daha çox azarkeşi özünə cəlb edən Mükafatlara ötən ilki səsvermədə rekord sayda – 3 milyon səs yığılıb.

Artıq 3-cü ildir ki, bu möhtəşəm layihə məşhur Gillette brendinin dəstəyi ilə həyata keçirilir. Kişi təraş baxımı kateqoriyasında dünya lideri olan Gillette kişilərin maraq göstərdiyi bütün sahələrdə olmağa çalışır, xüsusilə də idmana daim dəstək verir, məşhur idmançılarla əməkdaşlıq edir. Procter&Gamble şirkətinin brendi olan  Gillette Türkiyənin Milli Futbol Komandasının sponsorudur.

Ötən il Azərbaycan futbolunu UEFA Çempionlar Liqasına çıxaran “Qarabağ” Futbol Klubu ölkə çempionudur. Gillette Azərbaycan çempionuna Türkiyənin bu məşhur idman mükafatını qazanmaq uğrunda mübarizədə uğurlar arzulayır.

Reklam hüququnda

 

 

Paylaş:
987

Son xəbərlər

Bütün xəbərlər