Azərbaycan Turizm Assosiasiyasının yeni komitəsi təsis edilib

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) yeni komitəsi təsis edilib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Assosiasiyanın idayə heyətinin üzvü Göydəniz Qəhrəmanov məlumat verib:
“AZTA-nın İdarə Heyətinin qərarı ilə turizm bələdçilərilə iş üzrə komitə yaradılıb. Yeni komitənin artıq ilk iclası keçilib. İclasda əsasən inzibatı məsələlər müzakirə olunub. Yeni yaranmış bələdçilərlə iş üzrə komitənin rəhbəri Samirə Quliyeva seçilib”.
Samirə Quliyeva Guide Services şirkətinin rəhbəridir.
Beləliklə, Azərbaycan Turizm Assosiasiyasının artıq 5 komitəsi fəaliyyət göstərir: gəlmə turizm üzrə, getmə turizm üzrə, nəqliyyat məsələli üzrə, otellərlə iş üzrə və bələdçilərlə iş üzrə.
S.Xankişiyeva
597