Bakı Mühəndislik Universitetində görüş | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Mühəndislik Universitetində görüş

18:10 - 29 / 03 / 2018
Bakı Mühəndislik Universitetində görüş

Bakı Mühəndislik Universiteti Himayəçilər Şurasının ilk iclası keçirilib.

1news.az-ın məlumatına görə, görüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Himayəçilər Şurasının üzvləri, universitetin rektoru, professor və müəllim heyəti iştirak edib.

Universitetin rektoru Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsində Himayəçilər Şurasının fəaliyyəti ilə bağlı məlumat verərək qeyd edib ki, ötən müddət ərzində şuranın tərkibi formalaşdırılıb və təsdiq olunub.

Nazir müavini, Himayəçilər Şurasının sədri Ceyhun Bayramov qeyd edib ki, Himayəçilər Şurasının əsas vəzifələri universitetin strateji istiqamətlərini müəyyən etmək, birgə səylər həyata keçirmək, eyni zamanda büdcə komitəsinin formalaşdırılması, illik büdcənin və onun icrasının təsdiq edilməsi, audit komitəsinin işinin təşkili, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eləcə də ali təhsil müəssisəsinin elm, təhsil, innovasiya mərkəzi kimi fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılmasından ibarətdir.

Ceyhun Bayramov bir sıra yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının BMU-ya həvalə olunmasını bu ali məktəbin potensialının yüksək qiymətləndirilməsinin nəticəsi olduğunu vurğulayıb.

Himayəçilər Şurasının sədri universitetin öz fəaliyyətində dünyada gedən prosesləri nəzərə almalı olduğunu, xarici universitetlərlə işbirliyi qurmasının, xüsusilə də ikili diplom layihələrində iştirakının vacibliyindən danışıb. Ceyhun Bayramov BMU-nun  tələbələrinin təcrübəsinin təşkilində innovasiya sahəsində fərqlənən şirkətlərin imkanlarından istifadəni, müəllimlərin yeni inkişafyönlü layihələrdə iştirakını və nəticədə təlimin keyfiyyətinin yüksəldilməsinə dəstək verilməsini Himayəçilər Şurasının əsas fəaliyyət istiqamətləri olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Himayəçilər Şurasının üzvü, “Azərkimya” İstehsalat Birliyinin Müşahidəçilər Şurasının sədri Muxtar Babayev şuranın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə toxunub.

Himayəçilər Şurasının üzvləri - AMEA Fizika İnstitutunun direktoru, AMEA-nın Həqiqi üzvü Nazim Məmmədov, SAP Azərbaycanın İdarəedici direktoru Rüfət Hacıəlibəyov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf,Təhsil Nazirliyi yanında Peşə Təhsili  üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev, Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildirib və təkliflər səsləndiriblər. 

1news.az

Paylaş:
539

Son xəbərlər

2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Bakıda yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilibBu gün, 14:41Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34
Bütün xəbərlər