Nazirlik: havada tozun miqdarı normadan 25 faiz yuxarıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da bir qədər də artaraq sanitar normadan 25 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 09:00 da bu göstərici 20 faiz təşkil edirdi.
Mövzu ilə əlaqədar:
Havada olan tozun miqdarı sanitar normadan artıqdır – RƏSMİ
1news.az
589