Kriminal avtoritetləri söyən azərbaycanlı Fransada güllələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kriminal avtoritetləri söyən azərbaycanlı Fransada güllələnib

14:36 - 30 / 03 / 2018
Kriminal avtoritetləri söyən azərbaycanlı Fransada güllələnib

Bu gün Fransanın Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazov (Şəkinski) güllələnib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə www.francebleu.fr saytı xəbər yayıb.

Xəbərdə bildirilir ki, R. Namazov həyat yoldaşı ilə avtomobildə gedərkən naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan atəşə tutulub.

Saytın yazdığına görə, hadisə nəticəsində R. Namazovun həyat yoldaşı yerində ölüb, özü isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Fransa saytları R.Namazovu jurnalist kimi təqdim etsə də, o, uzun müddətdir, sosial şəbəkələrdə Rahim Şəkinski adı ilə tanınıb və kriminal aləmin məşhur simalarını, xüsusilə Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən video və səs yazıları yayıb.

S.Xankişiyeva

 

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər