Akademik Ramiz Məmmədov jurnalistləri necə təhqir etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Ramiz Məmmədov jurnalistləri necə təhqir etdi

17:22 - 30 / 03 / 2018
Akademik Ramiz Məmmədov jurnalistləri necə təhqir etdi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistlərin ünvanına səsləndirdiyi təhqiramiz ifadələr mediada və sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib. Baxmayaraq ki, son günlər məhz “söyüş, təhqir” kampaniyasına qarşı Azərbaycanda ən yüksək səviyyədə  etiraz bildirilir, akademik də bu kampaniyanın bir hissəsi olmaqdan çəkinməyib. Maraqlısı budur ki, o dediyi sözləri təkrar edib və jurnalistlərlə bağlı səsləndirdiyi təhqirləri danmayıb.

Qeyd edək ki, modern.az saytının əməkdaş Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanlayıb.

Saytın yazdığına görə, akademik suallara cavab vermək əvəzinə Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırmağa başlayıb və telefonu qapadıb:

“İnstitutut direktorundan gözlənilməz münasibəti aydınlaşdırmaq üçün yenidən ona zəng etdik. Və Ramiz Məmmədova ilk dəfə zəng etdiyimizi xatırladanda söylədikləri bunlar oldu:

“Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.

Onun dediklərinin ayıb olduğunu bildirdikdə isə “bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!” söylədi...”.

Azərbaycanda dövlət səviyyəsində hər zaman mətbuata xüsusi diqqət və qayğı göstərilib. Prezident İlham Əliyev daim öz çıxışlarında, media nümayəndələri ilə görüşlərində jurnalistlərin əməyini yüksək qiymətləndirib, hətta onları özünün köməkçiləri adlandırıb.

Dövlət başçısı deyib: “Jurnalistlər cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.

Media nümayəndələri də İlham Əliyevi özlərinin ən böyük dəstəkçisi hesab edir və dövlət başçısı mətbuatın inkişafına yaratdığı şəraitə görə, “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Ölkənin birinci şəxsi tərəfindən  mətbuata, jurnalist əməyinə böyük qiymətin verilməsinə baxmayaraq, zaman-zaman bəzi insanlar media nümayəndələrinin ünvanına təhqirlər səsləndirib. Cəmiyyətə nümunə olan elm adamı, ziyalı tərəfindən təhqirlərin səslənməsi isə haqlı olaraq böyük narazılıq yaradıb. Akademik elmi dərəcəsi olan, əhəmiyyətli bir instituta rəhbərlik edən şəxs ölkənin böyük bir jurnalist ordusunu hansı haqla təhqir edir? Ümumiyyətlə, bu cəsarəti özündə necə tapıb? Jurnalistə “küçük” demək hansı tərbiydən, mədəniyyətdən xəbər verir? Belə bir insan Azərbaycan elminə nə kimi töhfə verə bilər? Akademik niyə adına yaraşmayan belə nalayiq ifadə işlətməlidir?

Təəssüf ki, səsləndirdiyi fikirlərə görə, üzr istəmək əvəzinə o, 1news.az-a açıqlamasında o, sözllərinin üstündə durduğunu söyləyib.

AMEA-nın  Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov: “ Mən demişəm ki, Azərbaycanda jurnalist jurnalist yoxdur. Bir “küçük” də məni biabır edib. Bunu dediyimi təsdiq edirəm. Saytlar mənim bütün jurnalistlərə “küçük” dediyim yazıblar. Amma mən bunu hamıya aid etməmişəm. Mən bu “küçük” sözünü məni biabır edənə demişəm. Mən müsahibəni 5-6 nəfərər vermişəm. Amma bir “küçük” gedib adımdan belə yazıb. Bu cür demişəm”.

R.Məmmədovun təhqirinə səbəb isə onun adından daha Azərbaycanda qar yağmayacağına dair verilmiş açıqlama olub: “Mən belə söz deməmişəm. Hətta deyirəm ki,  iyun ayında da qar yağa bilər. Belə hal da oldu iki il əvvəl yayda Qubada qar yağdı. Bu azmış kimi “başdan qrij”a Telman Zeynalov var, QHT rəhbəridir,  mənim ünvanıma deyib ki, “ölsün yerə girsin gör akademik necə açıqlama verir”. Bundan böyük akademikə təhqir olar?!  Onun mənim barəmdə dediyi fikirləri də saytalar yazıb”.

“Bütün bunlar əsas verir ki, jurnalistləri təhqir edəsiniz?” sualına isə akademikin cavabı belə olub:  “Mənim adımdan yalan məlumat verilir, sonra təhqir edilirəm, bunu da saytlar verir. Bundan böyük mənə nə təhqir olmalıdır?”.

-Neçə ildir jurnalistlərlə işləyirsiniz. İndi bütün jurnalistləri savadsız adlandırırısnız. Belə çıxır ki, işlədiyiniz jurnalistlərə də savadsız deyirsiniz?

-Mən yeganə bir jurnalist görmüşəm, 1992- ci ildə Xəzər dənizinin səviyyəsi üzrə mövzu ilə bağlı gəlmişdi, elə suallar verirdi ki, ona dedim ki, sən bunu məndən yaxşı bilirsən.  Cavab verdi ki, 6 aydır hazırlaşıram. Amma indikilər deyir Xəzərin problemindən danış, iqlimdən danış, belə savadsız, ritorik suallardır da bu. Ona görə də mənim dediyimin əsası var. Hazırlaşmaq lazımdır. Əgər bir adamı danışdırmaq istəyirsənsə, o mövzuda jurnalistn özü hazırlaşmalıdır.

Görün Moskvadan Gürcüstandan olan  jurnalistlər nələr edirlər. Məsələ bu sahəni yaxşı blməkdən getmir, amma hazırlaşmaq lazımdır. Bizim jurnalistlər heç hazırlaşmırlar.

R.Məmmədov deyir ki, bu cür açıqlamasına görə ona irad tutanlar olub: “Mənə deyənlər oldu ki, niyə belə ifadələr səsləndirmisən. Dedim ki, sözümün üstündə dururam. Demişəm və üstündə dururam”.

O, bundan sonra jurnalistlərlə işləməyəcəyini deyib: “Əgər müsahibə almaq istəsələr gəlib oturararlar, söhbət edərəm,  görüm verdiyi sualları özü dərk edirmi, məni biabır etməyəcəkmi. Ondan sonra baxacam, müsahibə verim ya yox”.

-Azərbaycanda ümumiyyətlə  jurnalist yoxdur demək nə dərəcədə doğrudur?

-Mən elə fikirləşirəm. Mən Azərbaycanda jurnalistə rast gəlmədim. Bilirsiniz ki, jurnalistin qabiliyyətini o göstəriri ki, ilk növbədə analitik məqaləsi olsun. Hansı jurnalistimizin bir yaxşı analitik məqaləsini siz mənə son 10 ildə göstərə bilərsiniz.

- Sizin sahən ilə bağlı deyə bilmərəm, amma ...

-Tək bu sahə yox, iqtisadi, sosial, ekoloji  sahələrdə...

-Digər sahələrlə bağlı çox yaxşı analitik məqalələr var. Siyasi, sosial, iqtisadi və s. Bəlkə sizin qarşınıza çıxmayıb.

-Mən saytlara baxıram da hamısı kopyadır. Özü də bizim saytladan, qəzetlədən birirni oxumaq kifayət edir. Lazım deyil birindən o birinə keçmək. Kim qabağa düşdü o birinci yazır...  

R.Məmmədov məsələni hüquqi müstəvidə həll etməyə hazır olduğunu ancaq üzr istəməyəcəyini əlavə edib. Əvvəl dedikləri fikirlərini nisbətən dəyişərək jurnalistlərin 1-2 faizinə dediklərini aid etmədiyini vurğulayıb.   

R.Məmmədov jurnalistləri həm təhqir edir, həm də onların əməyini heçə saymağa çalışır. “Azərbaycanda savadlı  jurnalist yoxdur”, jurnalistə “küçük” deyən akademikin psixoloji durumu özünün necə akademik olması qədər da sual doğurur.

1news.az

 

 

Paylaş:
1566

Son xəbərlər

2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Bakıda yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilibBu gün, 14:41Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34
Bütün xəbərlər