Norm texniki heyətinin peşəkar hazırlığı davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Norm texniki heyətinin peşəkar hazırlığı davam edir - FOTO

11:00 - 30 / 03 / 2018
Norm texniki heyətinin peşəkar hazırlığı davam edir - FOTO

Norm Sement istehsal etdiyi daxili və beynəlxalq keyfiyyət standartlarına uyğun sement məhsulları ilə bazarda liderə çevrilib.

Yüksək keyfiyyətli məhsulların istehsalı və müştərilərə vaxtında çatdırılması peşəkar komandanın düzgün iş prinsipi, sement və beton sahəsinə dair bilikləri, geniş təcrübə və bacarıqları sayəsində ərsəyə gəlir.

Norm Sement zavoduna texniki heyətin və satış komandasının peşəkar hazırlığı üçün daim yüksək ixtisaslı ekspertlər dəvət olunurlar. Zavodda mütəmadi olaraq yerli peşəkarlarla yanaşı, xarici mütəxəssislərin təlimləri təşkil olunur. Belə təlimlərdən biri də 27 fevral 2018-ci il tarixində İsveçrənin PSA Zurich Tədris Mərkəzinin rəhbəri Yurgen Oknikin iştirakı ilə keçirilib. Norm şirkətinin növbəti təlimlərinin bu ilin iyun və oktyabr aylarında baş tutacağı gözlənilir.

Təlim zamanı Norm Sement texniki heyəti və satış komandası ilə sement və beton sənayesində tətbiq olunan ən son yeniliklər, Norm Beton Mərkəzində quraşdırılmış, müasir dünya standartlarına uyğun Almaniyanın istehsalı olan CPTS avadanlığının mahiyyəti, onun vasitəsilə aparılan sement, qum, mineral və kimyəvi qatqıların sement məhlulundakı reoloji xassələrinin təhlillərinin nəticələri, həmçinin klinker aktivliyinin təyin edilməsi metodları müzakirə olunub, iştirakçıların sualları peşəkar təlimçi Y.Oknik tərəfindən cavablandırılıb. 

Tədbirdə iştirakçılara beton məmulatlardan istifadənin üstünlükləri, betonun tətbiq sahəsinə görə düzgün hazırlanma qaydaları, yarana biləcək çatların səbəbləri və aradan qaldırılması üsulları, yay fəslində, isti hava şəraitində inşaat sahəsində tökülən beton qarışığının daxili və xarici temperaturuna optimal nəzarətin təşkil olunması barədə ətraflı məlumat verilib.

Qarşılıqlı fikir mübadiləsi şəklində həyata keçirilməklə yanaşı, maarifləndirici və innovativ xarakter daşıyan təlim zavodun peşəkar heyəti tərəfindən yüksək qiymətləndirilib.

Norm Sement zavodu Cənubi Qafqazın ən iri sement istehsalçısı olub bazarda 4 çeşiddə sement məhsulu ilə mövcuddur: KLASS A (CEM II/A-P 32,5R), KLASS B (CEM II/B-L 32.5R), KLASS C500 (CEM II/A-P 42,5 R) və sulfatadavamlı portlandsement KLASS S (CEM II/A-P 42,5 N). Yüksək keyfiyyət normalarına və ən son texnologiyanın tələblərinə cavab verən Norm məhsulları öz sahəsində beynəlxalq nüfuza malik qurumlar tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Almaniyanın VDZ Elmi-tədqiqat İnstitutu tərəfindən Norm məhsullarına DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.

Reklam hüququnda

Paylaş:
508

Son xəbərlər

Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Bakıda yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilibBu gün, 14:41Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48
Bütün xəbərlər