Hava şəraiti ilə əlaqədar gəmilər səfərlərini müvəqqəti dayandırıb

Hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev deyib.
O bildirib ki, bununla bağlı dənizçilərə xəbərdarlıq edilib. Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıb. Onlar sığınacaqlarda, lövbərdə gözləmə mövqeyindədir. Hava şəraiti uyğun olduqdan sonra gəmilərin hərəkəti bərpa olunacaq.
S.Xankişiyeva
595