1455 seçki məntəqəsinə panduslar quraşdırılıb

Fiziki qüsurlu seçicilərin səsvermə hüququndan rahat şəkildə istifadə etməsi məqsədilə 1455 seçki məntəqəsinə panduslar quraşdırılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Məlumata görə, 2015-ci il parlament seçkilərində pandus quraşdırılan seçki məntəqələrinin sayı 999 olub.
Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi və 5426 seçki məntəqəsi fəaliyyət göstərir.
S.Xankişiyeva
585