Azərbaycanlı “Sən supersən!” şousunun növbəti turuna keçib – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanlı “Sən supersən!” şousunun növbəti turuna keçib – VİDEO

15:18 - 01 / 04 / 2018
Azərbaycanlı “Sən supersən!” şousunun növbəti turuna keçib – VİDEO

NTV telekanalında “Sən supersən!” beynəlxalq televiziya mahnı layihəsi davam edir.

1news.az-ın verdiyi xəbərə görə, layihədə MDB-dən olan uşaqlar iştirak edir.

Şounun budəfəki qonağı Zaqataladan olan yeniyetmə Namiq Cəbrayılov olub.

O, layihənin seçmə turunda Azərbaycanın əfsanəvi müğənnisi Müslüm Maqomayevin “Gözəllik kraliçası” mahnısını oxuyub.

Namiqin çıxışı münsiflər heyətinin hamısının xoşuna gəlib. Münsiflər heyəti yekdilliklə ona səs verib. Beləliklə, həmyerlimiz “Sən supersən!” şousunun növbəti turuna keçib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
844

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər