“Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” devizi altında ağacəkmə kampaniyası keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” devizi altında ağacəkmə kampaniyası keçiriləcək

17:19 - 03 / 04 / 2018
“Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” devizi altında ağacəkmə kampaniyası keçiriləcək

Aprelin 4-də Təhsil və Müdafiə nazirlikləri 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə həsr olunmuş “Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” devizi altında ağacəkmə kampaniyası keçirəcək.

1news.az-ın məlumatına görə, Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə keçiriləcək ağacəkmə kampaniyasında Təhsil və Müdafiə nazirliklərinin rəhbər işçiləri, aprel döyüşləri şəhidlərinin və iştirakçılarının ailə üzvləri, şagirdlər, tələbə-könüllülər və KİV nümayəndələri iştirak edəcəklər.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın hərb tarixinin zəfər səhifəsi olan aprel döyüşlərinin ikinci ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun artırılmasına töhfə verilməsidir.

1news.az

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər