Abşeron, Binəqədi və Nəsimi rayonlarına suyun verilməsi məhdudlaşdırılır

Bu gün Abşeron, Binəqədi və Nəsimi rayonlarına suyun verilməsi məhdudlaşdırılacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, Bakı şəhəri Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 3 aprel tarixində Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
671