Anar Məmmədxanov haqqında kitabın təqdimatı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Anar Məmmədxanov haqqında kitabın təqdimatı olub - FOTO

23:38 - 03 / 04 / 2018
Anar Məmmədxanov haqqında kitabın təqdimatı olub - FOTO

Aprelin 3-də Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın müəllifi olduğu “Anar Məmmədxanov. Kapitanın taleyi” (“Анар Мамедханов. Судьба капитана”) adlı kitabın təqdimat mərasimi keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Bakılı oğlanlar” komandasının mərhum kapitanı Anar Məmmədxanovun vəfatının ildönümü ərəfəsində onun həyat və yaradıcılığına həsr olunan kitabın təqdimatında rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, səfirlər, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Anar Məmmədxanovun həyat yolu barədə videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı, “Bakılı oğlanlar” komandasının sabiq üzvü Murad Dadaşov Anar Məmmədxanov haqqında belə bir kitabın nəşrinin onu sevənlər üçün böyük hədiyyə olduğunu söyləyib.

Müəllif Elmira Axundova təqdimat mərasimində çıxış edərək bildirib ki, bu, onun Anar Məmmədxanovla bağlı yazdığı sayca dördüncü kitabdır. O deyib: “Mən Anar Məmmədxanov haqqında yazılan əvvəlki kitabları oxudum, onunla bağlı araşdırma apardım və sonda bu kitabı yazıb ərsəyə gətirməyi özümdə bir ehtiyac hiss etdim. Əslində bu kitab təkcə mənim yox, bu zalda əyləşən tanınmış şəxslərin birgə məhsuludur. Təbii ki, hər insan barədə kitab yazılmır. Mənim ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev haqqında kitablarım var. Bu kitabların hamısını özümdə bir zərurət hiss edərək yazmışam”.

Xalq Yazıçısı Anar çıxışında bildirib ki, Anar Məmmədxanovla bağlı belə bir kitabın yazılması cəmiyyətimiz üçün mühüm töhfədir. Anar Məmmədxanov kimi istedadlı bir insanı yaxından tanımaq gənclərimiz üçün çox faydalıdır. Elmira Axundova kitabda bununla bağlı nə lazımdırsa təqdim edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Anar Məmmədxanov, “Bakılı oğlanlar”ın fəaliyyəti, Moskvada qazandıqları qələbələr barədə xatirələrini bölüşüb. O, belə bir kitabı ərsəyə gətirdiyi üçün Elmira Axundovaya təşəkkür edib.

Anar Məmmədxanovun bacısı, professor Naidə Məmmədxanova qardaşının keçdiyi ömür yolundan danışaraq onunla bağlı xatirələrini bölüşüb. O, Elmira Axundovaya, eləcə də tədbirin bütün iştirakçılarına Anar Məmmədxanovun xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

“Bakılı oğlanlar” komandasının keçmiş üzvləri Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə və digərləri Anar Məmmədxanovla bağlı hazırladıqları, indiyə qədər yayımlanmamış görüntüləri təqdim edib, təəssüratlarını bölüşüblər.

1news.az

Paylaş:
1249

Son xəbərlər

Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15
Bütün xəbərlər