BANM tələbələri SOCAR Türkiyədə işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM tələbələri SOCAR Türkiyədə işləyəcək

10:23 - 03 / 04 / 2018
BANM tələbələri SOCAR Türkiyədə işləyəcək

Bakı Ali Neft Məktəbi (BANM) SOCAR Türkiyənin rəhbər üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

1news.az-a BANM-dan verilən məlumata görə, qonaqların  Ali Məktəbə səfərinin əsas məqsədi BANM-ın sonuncu kurs tələbələrini SOCAR Türkiyə-nin Məzun Mühəndislik Proqramına, nisbətən aşağı kurs tələbələrinin isə Təcrübə İnkişaf Proqramına cəlb edilməsi olub.

Bu münasibətlə Ali Məktəbdə SOCAR Türkiyənin İnsan Resursları departamentinin rəhbəri Dinar Məmmədova, STAR Neft Emalı Zavodunun İşlətmə departamentinin müdir müavini Elnur Məmmədli, Petkim Petrokimya Zavodunun İnsan resursları üzrə şöbənin müdiri Bəhruz Babayev və heyətin digər üzvləri ilə BANM-ın tələbələri arasında böyük görüş keçirilib.

Görüşü açan Ali Məktəbin rektoru Elmar Qasımov SOCAR Türkiyənin Bakı Ali Neft Məktəbinə göstərdiyi böyük diqqət və etimada görə “SOCAR Turkey Enerji A.Ş.” – nin baş direktoru Zaur Qəhrəmanov başda olmaqla Dinar Məmmədovaya və  nümayəndə heyətinin digər üzvlərinə təşəkkür edib. Ötən il BANM-ın 30-a yaxın məzununun SOCAR Türkiyənin  İzmir şəhərində yerləşən STAR Neft Emalı Zavodunda işləmək üçün göndərildiyini qeyd edən rektor, bu hadisənin artıq  bir ənənə olaraq hər il təkrarlanacağından sevindiyini bildirib.

Görüşdə İnsan Resurları departamentinin rəhbəri Dinar Məmmədova tədbir iştirakçılarını salamlayıb, ilk öncə tələbələrə şirkətin ümumi fəaliyyətini əks etdirən prezentasiya və  video çarxlar nümayiş etdirib. Daha sonra o “SOCAR Turkey Enerji A.Ş.”-nin gənc mühəndislər üçün nəzərdə tutulmuş karyera proqramı - Məzun Mühəndislik Proqramı və tələbələr üçün 2 aylıq təcrübə keçməsini nəzərdə tutan – Təcrübə İnkişaf Proqramı haqqında auditoriyaya məlumat verib. Xanım Dinar Məmmədova qeyd edib ki, seçim prosesi iki turda aparılacaq, birinci mərhələdə proqramlarda iştirak etmək istəyən tələbələr CV-lərini göndərməklə yanaşı ümumi qabiliyyət testi, şəxsiyyətin müəyyən edilməsi testi, İngilis dilinin mükəmməlliyi testi və Texniki biliklərin ölcülməsi test mərlələrini keçməlidirlər. İkinci turda isə bütün testlərdən uğurla keçən namizədlər individual müsahibəyə dəvət olunacaqlar.

Görüş zamanı STAR Neft Emalı Zavodunun İşlətmə dapartamentinin müdir müavini Elnur Məmmədli tələbələrə SOCAR Türkiyə, xüsusilə STAR Neft Emalı Zavodu, orada baş verən proseslər, görülmüş işlər və nəzərdə tutulan layihələr haqqında tələbələrə geniş məlumat verib, onları öz gələcək karyeralarını məhz doğma SOCAR-da qurmaq üçün ruhlandırıb.

İzmirdən tələbələrin görüşünə həmçinin BANM-ın keçən ilki “Kimya mühəndisliyi” ixtisasının məzunları, STAR Neft Emalı Zavodunun mühəndisləri Amail Məmmədova və Adil Babayev qatılıb, onlar özlərindən sonra yetişən gənclərə öz təcrübələrindən danışaraq dəyərli məsləhətlər veriblər.

Görüş tələbələr tərəfindən verilən çoxsaylı suallar və onlara verilən cavablarla yekunlaşıb.

1news.az

 

Paylaş:
498

Son xəbərlər

DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12
Bütün xəbərlər