“Odda yanmaz, suda batmaz” azərbaycanlı jurnalist – VİDEO

Sosial şəbəkələrdə Quba, Qusar və Xaçmazda olan hadisələri işıqlandıran jurnalist Aytəkin Alxaslı ilə bağlı video kadrlar yayılıb.
1news.az-ın verdiyi xəbərə görə, kadrlar 2011-ci ildə çəkilsə də, yalnız indi yayılıb.
Motorlu kirşədən istifadə etməyi bacarmayan Alxaslı qaza basır. Nəticədə qəfil hərəkət edən motorlu kirşə qarlı dağa doğru hərəkət edir. Və jurnalist yerə çırpılır. Qorxu içində olan sərhədçilər ona kömək etməyə çalışır. Xoşbəxtlikdən jurnalistə heç bir zədə almır.
Hadisə sərhəd zastavasının Qusar rayonundakı açılında baş verib. Azərbaycan Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev A.Alxaslıya yüksəklikdən bir qədər yuxarı qalxdığını bildirir. Jurnalist də özünü itirməyərək E.Quliyevdən müsahibə verməsini istəyir.
Qeyd edək ki, ümumilikdə Aytəkin Alxaslı reportajlar zamanı bir sıra uğursuzluqlarla qaşılaşıb. O, atdan yıxılıb, çaya da düşüb və hətta onu ayı da dişləyib.
S.Xankişiyeva