Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib - FOTO

20:00 - 05 / 04 / 2018
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 5-də Moskvada Dmitri Roqaçov adına Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində (UHOİ MTTM) uşaqlar üçün “Qanın milləti yoxdur” devizi altında donor qanvermə aksiyası keçirilib.

Aksiyada 40-dan çox azərbaycanlı tələbə iştirak edib.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev deyib: “Bu gün Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib. RAGB tərəfindən təşkil olunmuş aksiyada Moskvada təhsil alan və yaşayan azərbaycanlı tələbələr və gənclər iştirak ediblər. Əlbəttə, bizim hamımızın istəyimiz budur ki, balaca uşaqlar heç vaxt onkoloji xəstəliklərə tutulmasınlar. Lakin Rusiyada 6 mindən çox uşaq bu xəstəlikdən əziyyət çəkir. Ümidvarıq ki, biz bu cür aksiyalar keçirməklə həmin uşaqların xəstəliyə üstün gəlməsinə bir qədər kömək edəcəyik”.

E.Hacıyev vurğulayıb ki, qan verilməsinə görə donorlara ödənilən kompensasiya xəstəxananın hesabına köçürüləcək.

Aksiyada iştirak etmiş donorlardan biri – Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetinin tələbəsi kursant Xaliq Hüseynov deyib: “Çox şadam ki, bu aksiyada donor kimi iştirak edirəm və hamını bizə qoşulmağa çağırıram. Bu gün verdiyimiz qanın hər damlası gələcək nəslə töhfədir”.

Xatırladaq ki, “Qanın milləti yoxdur” adlı donor aksiyası artıq 10 ildən çoxdur keçirilir. Aksiya təkcə Moskvada deyil, Rusiya Federasiyasının başqa regionlarında da təşkil edilir. Hər il bu aksiyada gənclərin minlərlə nümayəndəsi iştirak edir, toplanmış vəsait isə xəstə uşaqların müalicəsinə sərf edilir.

1news.az

Paylaş:
527

Son xəbərlər

DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12
Bütün xəbərlər