Nardaran sakininin evindən silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaran sakininin evindən silah-sursat tapılıb

20:00 - 07 / 04 / 2018
Nardaran sakininin evindən silah-sursat tapılıb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. 

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə qanunsuz saxlanılan silah-sursat barədə məlumat daxil olub.

Bölmənin əməkdaşlarının məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İnşallah Babayevin yaşadığı evdən 1 ədəd “AK” markalı silah, 1 ədəd patron darağı və 20 ədəd 7,62 çaplı patron aşkar edilərək götürülüb. 

Faktla bağlı  araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər