General: Aprel döyüşlərində yaralananların hamısı xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

General: Aprel döyüşlərində yaralananların hamısı xilas edilib

17:35 - 07 / 04 / 2018
General: Aprel döyüşlərində yaralananların hamısı xilas edilib

“Aprel döyüşlərində hospitala çatdırılan bütün yaralılar xilas edilib”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.

İdarə rəisinin sözlərinə görə, hətta ağır yaralılardan belə kimsə həyatını itirməyib: “Bu, böyük göstəricidir. Məlum zəfərimizdən sonra aprel döyüşlərinin statistikası aparılıb. Həmin döyüşlərin tibbi göstəricilərini Əfqanıstan və Çeçenistan müharibələrinin tibbi göstəriciləri ilə müqayisə etmişik. Nəticələr müqayisə edilməz dərəcədə yüksəkdir. Mürəkkəb yaraların, müştərək travmaların, ağır travmaların əməliyyatdan sonra sağalma göstəriciləri aprel döyüşlərində çox mükəmməl səviyyədə fərqlənib”.

S.Xankişiyeva

 

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər