Buzovu xilas etmək istəyənlər kanalda batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzovu xilas etmək istəyənlər kanalda batıb

18:05 - 08 / 04 / 2018
Buzovu xilas etmək istəyənlər kanalda batıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda iki nəfərin kanala düşərək batması barədə məlumat yayıb.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.

S.Xankişiyeva

 

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər