Bu ərazilərdə nəqliyyatın hərəkəti qadağan olunacaq – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazilərdə nəqliyyatın hərəkəti qadağan olunacaq – SİYAHI

13:22 - 09 / 04 / 2018
Bu ərazilərdə nəqliyyatın hərəkəti qadağan olunacaq – SİYAHI

“2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılacaq.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.

Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız “2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində yol məhdudiyyəti təqdim edilən müddət (23 aprel – 1 may) üçün etibarlıdır. İcazə sənədini aprelin 12-dən 23-dək

- İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Böyük Qala küçəsi 42/19, Zəncirli ev 2 mərtəbədən,

- 4 saylı Mənzil Kommunal İstismar Sahəsi, Xəqani küçəsi 26/32, 5-ci blok 2-ci mərtəbədən,

- 58 saylı Mənzil Kommunal İstismar Sahəsi, İstiqlaliyyət küçəsi 5 ünvanlarından əldə etmək mümkündür.

1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək.

1-ci zonaya giriş Azneft dairəsi, 2-ci zonaya Rəşid Behbudov küçəsi, 3-cü zonaya isə giriş Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.

3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq və icazə  sənədi olan avtomobillər günün istənilən saatı bu zonaya daxil ola biləcəklər.

Qeyd edək ki, Bakıda üçüncü dəfə təşkil olunacaq “2018 Formula-1” Azərbaycan Qran-prisi aprelin 27-29-da baş tutacaq.

1news.az

Paylaş:
520

Son xəbərlər

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45
Bütün xəbərlər