Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürülüb

22:45 - 09 / 04 / 2018
Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 8-də əldə edilmiş məlumatlar əsasında bu istiqamətdə keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini Mikayıl Qafarovdan 1 pnevmatik tapança, 4 patron və 1 ədəd patron darağı, 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyevin evindən 1 ədəd nömrəsi silinmiş yivli odlu silah, süngülü karabin kəsiyi (obrez), 1 pnevmatik tapança, 2 “F-1” qumbarası, avtomata məxsus süngü bıçaq və 65 ədəd müxtəlif çaplı patron, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Ağ körpü kənd sakini İsfəndiyar Hüseynovun yaşadığı evdən 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkarlayaraq götürüblər.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

1news.az

Paylaş:
1068

Son xəbərlər

Bütün xəbərlər