“Resm Jewelry” uşaqlar arasında Yer Kürəsi Gününə həsr olunmuş müsabiqə keçirir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Resm Jewelry” uşaqlar arasında Yer Kürəsi Gününə həsr olunmuş müsabiqə keçirir

11:05 - 12 / 04 / 2018
“Resm Jewelry” uşaqlar arasında Yer Kürəsi Gününə həsr olunmuş müsabiqə keçirir

Təhsil Nazirliyi və ABŞ Səfirliyinin dəstəyi,  eləcə də “Resm Jewelry” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar arasında Yer Kürəsi Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilir.

Müsabiqənin məqsədi Yer Kürəsi Günü və ətraf mühit məsələlərinə qarşı 6-16 yaş uşaqlar arasında maraq yaratmaqdır.

Azərbaycanın hər guşəsindən 6-16 yaş arası uşaqlar çəkdiyi rəsmləri mayın 15-dək www.earthday.resm.az veb-saytında ərizə formasını dolduraraq və ya 28 May küç. 46E ünvanında yerləşən “Resm Jewelry” mağazasına əsərlərini gətirməklə müsabiqədə iştirak edə bilərlər.

İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünəcək (6-8, 9-12 və 13-16 yaş) və hər kateqoriyanın 1 qalibi seçiləcək.

Müsabiqə aprelin 10-dan mayın 15-dək davam edəcək. Seçilmiş əsərlər ADR-in 100 illik yubileyinə həsr olunmuş sərgidə təqdim olunacaq. Qaliblərə mükafatlar və sertifikatlar veriləcək.

Mayın 15-dən sonra, işlər “Resm Jewelry” brendinin Facebook səhifəsində yerləşdiriləcək. Beləliklə sosial şəbəkə istifadəçiləri və münsiflər heyəti qalibləri seçə biləcəklər.

Maraqlananlar müsabiqənin bütün qayda və şərtləri ilə www.earthday.resm.az saytında tanış ola bilərlər.

Reklam hüququnda

 

Paylaş:
2588

Son xəbərlər

Bütün xəbərlər