Şamaxıda daha bir kənddə sürüşmə baş verdi: 2 evdə çatlar yarandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda daha bir kənddə sürüşmə baş verdi: 2 evdə çatlar yarandı

16:32 - 13 / 04 / 2018
Şamaxıda daha bir kənddə sürüşmə baş verdi: 2 evdə çatlar yarandı

Şamaxı rayonunda daha bir kənddə sürüşmə hadisəsi baş verib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb:

"Sürüşmə nəticəsində kənddə 2 evdə çatlar əmələ gəlib. Bu kənddə əvvəllər də sürüşmə olmuşdu, 8 evdə çatlar əmələ gəlmişdi. Aprelin 12-də daha iki evdə çat yaranıb".

Qeyd edək ki, Şamaxıda torpaq sürüşməsi nəticəsində indiyədək rayonun 7 kəndində - Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqəsində 404 ev qəzalı vəziyyətə düşüb. Bu evlərdən 84-ü 2016-cı ildə baş verən torpaq sürüşməsi zamanı ziyan çəkib, divarlarda çatlar yaranıb, həyətlərdə torpaq sürüşməsi və çökmə baş verib, yarğanlar əmələ gəlib, 19 qəzalı evdə yaşayan ailə təhlükəsiz əraziyə köçürülüb. Təkcə Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Bu qəsəbədə sürüşmə ərazisi son iki ayda 2 dəfə genişlənərək 40 hektara çatıb. Ümumilikdə qəsəbədə 100-dən dən çox evdə çatlar əmələ gəlib. Üç ev yararsız hala düşdüyündən, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər.

Ötən həftə isə şəhərin 48a məhəlləsində 7 ev qəzalı vəziyyətə düşüb, həmin evlərdəki ailələr təhlükəsiz əraziyə köçüb.

S.Xankişiyeva

 

 

Paylaş:
539

Son xəbərlər

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45
Bütün xəbərlər