Dövlət qulluqçuları üçün “ASAN İmza” ilə bağlı yeni tarif müəyyən olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət qulluqçuları üçün “ASAN İmza” ilə bağlı yeni tarif müəyyən olunub

09:49 - 13 / 04 / 2018
Dövlət qulluqçuları üçün “ASAN İmza” ilə bağlı yeni tarif müəyyən olunub

Ötən ilin sentyabrından dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “ASAN İmza” elektron rəqəmsal imzanın yeni tarifinin tətbiqinə başlanılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırıması nəzərə alınaraq dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “ASAN İmza” elektron rəqəmsal imzanın əldə edilməsi və istismarı prosesini asanlaşdırmaq məqsədilə yeni tarif müəyyən olunub.

Tarif “ASAN İmza” dövlət və ya bələdiyyə sertifikatının istifadəsi müddətində (3 il ərzində) başqa əlavə xərclər olmadan 58 manat məbləğində birdəfəlik ödənişi nəzərdə tutur.

S.Xankişiyeva

 

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər