“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çapdan çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çapdan çıxıb

22:14 - 13 / 04 / 2018
“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çapdan çıxıb

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalının 24-cü nömrəsi çapdan çıxıb.

1news.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sənətşünaslıq və tarix ixtisasları üzrə elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, habelə reportajlar, elmi məqalələr və maraqlı tərcümə materialları yer alıb.

Oxucular jurnalda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Naxçıvan şəhərinin İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə bağlı silsilə yazılar, həmçinin akademik İsmayıl Hacıyevin “Araz-Türk respublikasının yaranması və bölgənin erməni işğalından qorunması uğrunda mübarizəsi”, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, akademik İsa Həbibbəyli və Vidadi Muradovun “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabına rəyi, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Sirabçay və Naxçıvançay vadisinin qədim mədəniyyətləri”, tarix üzrə fəlsəfə doktorları Hacı Həsənovun və Ramil Niftəliyevin “Qafqaz Kustar Komitəsinin tarixindən” monoqrafıyası, habelə Esmira Vahabovanın “Şimali Azərbaycanın xalçaçılıq sənəti: inkişaf və müxtəliflik”, Nuray Əliyevanın “Naxçıvanın dialekt və şivələrində xalçaçılıq terminologiyası”, Zəhra İslamovanın “Azərbaycan xalçalarının izləri XVIII əsr qaynaqlarında”, Xəliyəddin Xəlillinin və Tahir Şahbazovun “Qarabağ elatlarının təsərrüfat həyatından” və digər alimlərin məqalələri ilə tanış ola bilərlər.

Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.

Jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2017N25/ ünvanında tanış olmaq olar.

1news.az

Paylaş:
653

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidirBu gün, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAMBu gün, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildiBu gün, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcəkBu gün, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılırBu gün, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilibBu gün, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olubBu gün, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildiBu gün, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİBBu gün, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıbBu gün, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilibBu gün, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdiBu gün, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıbBu gün, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMBu gün, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59
Bütün xəbərlər