Elxan Məmmədov: İdman sahəsinin dinamik inkişafı – Prezident İlham Əliyevin siyasətinin nəticəsidir

Azərbaycanda aprelin 11-də keçirilmiş seçkilərdə hazırki Prezident İlham Əliyev inanmlı qələbə qazandı.
İlham Əliyevə seçicilərin 86%-i, onun ən yaxın rəqibi Zahid Oruca isə 3% səs verdi.
İlham Əliyevin böyük səsçoxluğu tolayaraq rəqibələrini irəliləməsilə bağlı 1news.az müxtəlif sahənin nümayəndələrinə müraciət edib.
AFFA-nın baş katibi Elxan Məmmədov Prezident İlham Əliyevin inanmı qələbəsini qanunauyğun və tamamilə əsaslandırılmış hesab edir:
“İlk növbədə cənab Prezindeti növbəti müddətə dövət başçısı seçilməsi münasibətilə təbrik edirəm. Seçkilərin demokratik, beynəlxalq normalara uyğun şəkildə keçirilməsini qeyd etməyə bilmərəm. Buna səs verdiyim seçki dairəsində vətəndaşların sakit şəraitdə səs verməsinin şahidi oldum.
Seçicilərin Prezident İlham Əliyevə 86% səs verməsi məni təəccübləndirmir. Ölkəmizin hər bir vətəndaşı onun rəhbərliyi illərində bütün sahələrdəki inkişafı aydın şəkildə görür.
Bildiyiniz kimi, uzun illərdir ki, idman sahəsində çalışıram. Və ölkənin idman həyatında baş verən inkişafında da şahidiyəm. İdmanda, əsasən də peşəkar idmanda nəticə ən vacib məqamdır”.
“İdmançılarımız bütün yarışlarda qazandıqları medallarla bizləri sevindirir. Beynəlxalq yarışlarla yanaşı, idmanın inkişafı, milli birincilik, uşaq və yeniyetmə turnurləri, eləcə də həvəskarları birləşdirən təbdirlər də olduqca vacibddir.
Təsadüfi deyil ki, ölkə vətəndaşlarının həvəskar və yarıpeşəkar səviyyədə idmanla məşğul olması ildən-ilə artır. Son illərdə futbol sahəsində bu trendin artması daha da çoxalıb. Bütün bu şəraitlər, məqsədlərə nail olma Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və təşəbbüsün hesabınadır”, - E.Məmmədov deyib.
AFFA baş katibi qeyd edib ki, son illər idman yarış və tədbirlərinin keçirilməsi üçün obyektlər artırılıb, lazımi şəraitlər təşkil edilib:
“Yarışların qalibləri, ümumilikdə isə bütün idmançılar bütün il ərzində dövlət başçısının diqqətində saxlanılır. Bu da gənc nəsli stimullaşdıraraq daha yüksək nəticələrə nail olmağa motivasiya edir.
İctimai təşkilat sahibi kimi əminlikdə qeyd edərəm ki, bütün bunlar dövlət başçısının strateji uzaqgörənliyi və planlaşdırmasının nəticəsidir. Bütün bunlara görə cənab Prezidentə minnətdarıq”, - sonda Elxan Məmmədov sözlərinə əlavə edib.
Tərcümə: S.Xankişiyeva