“Johnnie Walker” – xüsusi səbəblər üçün xüsusi içki – FOTO

“Johnnie Walker” brendinin hekayəsi viskiyə öz adını vermiş şəxslə sıx bağlıdır.
Hər şey 1820-ci ildə Kilmarnok adlı kiçik bir şəhərcikdə başlayıb. 1920-ci ildə “John Walker & Sons” şirkəti “Johnnie Walker” brendinin 120-dən çox bazarda satışa çıxararaq ilk həqiqi dünya markasına çevrilməsinin yüzilliyini qeyd edir.
Məhz həmin vaxtdan etibarən bu brend dünyanın bir nömrəli Şotland viskisi kimi nüfuz qazanmağa davam edir və tezliklə özünün 200 illik yubileyini qeyd edəcək. Hazırda dünyanın 1 nömrəli Şotland viskisi olan “Johnnie Walker” və onun məşhur şüarı “Keep Walking” öz ənənəvi reklamı ilə bütün dünyada ayrılmaz ikiliyə çevrilib.
20-ci əsrin sonlarından etibarən öndə gedən markalar olan “Johnnie Walker Red Label” və öz sahəsində ikonaya çevrilən “Johnnie Walker Black Label” içki qarışıqları sənətinin zirvəsində dayanan “Johnnie Walker Blue Label” markasına qoşulub. “Johnnie Walker Blue Label” rəqibsiz şah əsəri hesab olunur. O, Şotlandiyanın ən nadir və ən xüsusi viskilərinin qarışığından hazırlanmış zərif içkidir. Hər on min çəlləkdən yalnız biri “Johnnie Walker Blue Label” markasının əlamətdar dadını ötürə biləcək əsrarəngiz keyfiyyət, xüsusiyyət və ləzzətə malikdir. Xüsusi səbəblər üçün xüsusi içki...
2014-cü ildə “Johnnie Walker” 1950-ci illərdən bəri keçirilən Formula 1 yarışlarının rəsmi visikisi olmaqla, idmanla əlaqəsini daha da möhkəmləndirib. Bu tərəfdaşlıq dünya üzrə Formula 1 azarkeşlərini içkidən məsuliyyətli şəkildə istifadə proqramına – #JOINTHEPACT Never Drink + Drive – cəlb etmək məqsədilə “Johnnie Walker” brendi üçün qlobal bir platforma yaradıb.
Azərbaycan ilk dəfə 2016-cı ildə Grand Prix yarışlarına ev sahibliyi edib və bundan iki il sonra Bakı küçələri yenidən yarış festivalı ilə canlanacaq. Yarışın keçirildiyi həftəsonlarında paytaxt minlərlə turist və Formula 1 azarkeşlərini bu möhtəşəm platformaya dəvət edir, çünki FORMULA 1 2018 AZERBAIJAN GRAND PRİX daha geniş kütlələri əhatə edərək hər zamankından daha yaxşı keçiriləcək. Formula 1-in rəsmi viskisi olaraq “Johnnie Walker” içkisevərlərin bu möhtəşəm həftəsonu yarışlarından zövq almasına töhvə vermək üçün tədbirin mərkəzində yer alacaq.
Reklam hüququnda