Bakıda "İtaliya Opera Günləri” keçiriləcək

Bakıdakı İtaliya səfirliyi Gioachino Rossini 150 illiyi ilə əlaqədar “Opera Günləri” keçirəcək.
1news.az-a səfirlikdən verilən məlumata görə, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində beş müxtəlif tədbir keçiriləcək.
İtaliya Opera Günləri aparıcı müasir rəqs qruplarının çıxışı ilə başlayacaq və daha sonra tarixə qayıdaraq İtaliya və Azərbaycanın opera musiqiçilərinin birlikdə ifası ilə isə ən yüksək nöqtəsinə çatacaq.
Özünün unikallığına görə həddindan artıq bəyənilən "Spellbound Contemporary Ballet" 24 illik karyerası ərzində ilk dəfə olaraq Bakıda aprel ayının 21-də nümayiş olunacaq. “The evening with spellbound” şousu özündə müxtəlif yaradıcılıq fəaliyyətlərini, duetləri, xor ifaları birləşdirir. Klassik balet ilə müasir rəqsin kəsişməsində yerləşən “Spellbound” mütəmadi olaraq, Venesiya Venice Biennale festivalı daxil olmaqla bir çox yerli və beynalxalq festivallarda iştirak edir.
Bir necə gün aradan sonra, orqan konsertin və Azərbaycan tamaşaçıları tərəfindən yüksək qiymətləndirilən mühüm əhəmiyyətə malik opera çıxışının vaxtı gəlib çatır.
May ayının 3-də İtaliyada öz dövrünün ən perspektivli drijoru; Jacopo Sipari di Pescasseroli ölməz Puccinin şah əsəri olan “Madam Butterfly” ı Çio-Çio-San-ın baş rolunu ifa edəcək soprana Silvana Frolinin müşayiəti ilə birlikdə səsləndirəcək. Torre del lago, Tuskanada Puccini Festivalının rəsmi ifaçısı olan Froli, solist kimi İtaliyada və xaricdə müxtəlif konsert və operalarda iştirak etmişdir.
2018-ci ildə Gioachino Rossininin ölümünün 150 illiyi tamam olur. “Madama” ilə tədbirə başlamamışdan öncə, biz Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının foyesində “ Cara İtalia, Alfin di miro” adlı sərgi keçirəcəyik. Roma Opera Teatrının sərgisinin əsas məqsədi xüsusi ilə son əsrdə Rossinin əsərlərinin necə səsləndiriləsini, təqdim olunmasını görmək üçün şərait yaratmaqdır. Rossininin ölümünün 150 illiyini qeyd etmək üçün, Roma Opera Teatrı Rossinini yalnız musiqiləri vasitəsiylə yox, eyni zamanda onun bədii yaradıcılığı və qabarıq həyat ehtirası vasitəsiylə kəşf etməyə şərait yaradan sərgi keçirməyi planlaşdırır. Opera sevərlərin Giorgocio de Chiriconun əskizlər daxil olmaqla, ikonoqrafiq əsərlərinə və tarixi səhnə kostumlarına heyran qalacağı tayı bərabəri olmayan bir tədbir. Sərgi may ayının 3-20 müddətində ictimaiyyata açıq olacaq.
Növbəti gün, may ayının 4-də İtaliyalı orqan ifaçısı Maurizio Saverna möhtəşəm Savior Kilsəsində orqan konserti ilə çıxış edəcək. Salerno öz karyerası boyunca "I Pomeriggi Musicali" orkestrının bədii derektoru olaraq İtaliyada və Avropada konsertlər vermiş, eyni zamanda Birləşmiş Ştatlarda, Cənubi Amerika, Rusiya və Avstraliyada da çıxış etmişdir.
Bakıdakı İtaliya səfirliyi Rossinin yaradıcılığını eyni zamanda mayın 6-da “Barber of Seville” tamaşası ilə də qeyd edəcək. Gənc və istedadlı drijor Alessandro Calcagnile və bariton Daniele Caputo bütün zamanların ən sevilən Opera-buffası olan “The Barber”in bütün canlılığını bizə təqdim edəcək. Figaro İtaliyanın ən mühüm baritomlarından biri və davamlı olaraq bütün dünyada Rossiniyə həsr edilmiş mühüm tədbirlərə cəlb olunmuş Caputo tərəfindən ifa olunacaq.
“Italiya Opera Günləri” Azərbaycan ilə italiya arasında mədəni əlaqələri möhkəmləndirən, eyni zamanda Bakı sakinlərinin Azərbaycan ifaçılarının italiyalı dirijor və solisləri ilə əməkdaşlığı nəticəsində İtaliya operasın ən yaxşı şəkildə yenidən qiymətləndirməsi üçün əvəzedilməz, misilsiz bir təşəbbüsdür.
1news.az