Təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib

18:16 - 18 / 04 / 2018
Təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib

Aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib.

İdarənin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.

Təhsil müəssisələrində “Oxu həftəsi” çərçivəsində Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, müvafiq dərslər, konfranslar, mühazirələr, “Dəyirmi masa”lar və ədəbi-bədii kompozisiyalar təşkil ediləcək.

Qeyd edək ki, ənənəyə uyğun olaraq, hər il Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunur. Bu il aprelin 21-də keçiriləcək “Oxu günü”  Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq.

“Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40 ümumi təhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, fləşmob və kitabların insanın inkişafı baxımından əhəmiyyətini vurğulayan səhnəciklər təqdim olunacaq.

Tədbir çərçivəsində 30-dək nəşriyyat və kitabxana tərəfindən bədii-elmi kitabların sərgi-yarmarkası keçiriləcək.

1news.az

Paylaş:
393

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO06 / 05 / 2024, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik06 / 05 / 2024, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilib06 / 05 / 2024, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib06 / 05 / 2024, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTO06 / 05 / 2024, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur06 / 05 / 2024, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO06 / 05 / 2024, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!06 / 05 / 2024, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıb06 / 05 / 2024, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi06 / 05 / 2024, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm06 / 05 / 2024, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb06 / 05 / 2024, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTO06 / 05 / 2024, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!06 / 05 / 2024, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb06 / 05 / 2024, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO06 / 05 / 2024, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi06 / 05 / 2024, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq06 / 05 / 2024, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıb06 / 05 / 2024, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb06 / 05 / 2024, 14:31
Bütün xəbərlər