Sumqayıtda top mərmisi aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda top mərmisi aşkarlanıb - FOTO

21:01 - 18 / 04 / 2018
Sumqayıtda top mərmisi aşkarlanıb - FOTO

Aprelin 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin 5-ci məhəllə ərazisində bir mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan 1news.az-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri ərazidə məişət tullantıları sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 125 millimetrlik top mərmisi (OF-26) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Yanvarın 1–dən aprelin 18-dək ANAMA tərəfindən 3448 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 62 min 415 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər