Temperatur 4-8 dərəcə aşağı enəcək, yağış və qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Temperatur 4-8 dərəcə aşağı enəcək, yağış və qar yağacaq

12:31 - 19 / 04 / 2018
Temperatur 4-8 dərəcə aşağı enəcək, yağış və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 7-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında

Aprelin 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18,  Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 20-də qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Meteoroloqların xəbərdarlığına görə, aprelin 20-si gündüz qərb rayonlarından başlayaraq 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı,  bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Babək Cahandarov

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər