Temperatur Bakıda 22, rayonlarda 26 dərəcəyə qədər artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Temperatur Bakıda 22, rayonlarda 26 dərəcəyə qədər artacaq

13:22 - 25 / 04 / 2018
Temperatur Bakıda 22, rayonlarda 26 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 26-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 17-22,  Bakıda gecə 8-10, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər