BƏƏ mətbuatı Bakıdan yazıb: Xəzər dənizinin sahilindəki turizm möcüzəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

BƏƏ mətbuatı Bakıdan yazıb: Xəzər dənizinin sahilindəki turizm möcüzəsi

15:16 - 25 / 04 / 2018
BƏƏ mətbuatı Bakıdan yazıb: Xəzər dənizinin sahilindəki turizm möcüzəsi

 Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyin dəstəyi ilə bu  ölkənin mebusiness.ae internet portalında “Bakı.. Xəzər dənizinin sahilindəki turizm möcüzəsi... Ən gözəl şəhərlər taxtında əyləşmək üçün zamanı qabaqlayan küləklər şəhəri” adlı məqalə dərc olunub.

1news.az-a səfirlikdən verilən məlumata görə, 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıda səfərdə olmuş müəllif şəhərdə tam bir həftə qaldığını, paytaxtın ecazına valeh olduğunu qeyd edərək, yerli əhali arasında Bakının küləklər şəhəri adlandırıldığını oxucularının diqqətinə çatdırıb.

Qafqaz şəhərləri arasında Bakının ən böyük və ən gözəl şəhər olduğunu bildirən müəllif tarixi və memarlıq üslubu ilə şəhərin buraya gələn hər bir turisti valeh etdiyini vurğulayıb, YUNESKO-nun İçərişəhərin məftunedici divarları, dizaynı, arxitekturası barədə danışıb, Şirvanşahlar sarayı, filosof S.Y.Bakuvi, Nizami küçəsi və Bakının füsunkar gecələri barədə oxucularına məlumat verib.

Bakı Kristal hall, Qız qalası, Qobustan qayaüstü rəsmləri, Heydər Əliyev Mərkəzi, Xalça muzeyi, Atəşgah və sair görməli və gəzməli yerlər barədə məlumat verən müəllif odlar diyarı olan Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olduğunu və şəhərin mərkəzində yerləşən alov dilimlərinin Bakıya xüsusi gözəllik verdiyini vurğulayıb.

Müəllif Qız Qalasının Bakının ən görməli yerlərindən biri olduğunu bildirərək, parislilərin Eyfeli sevdiyi qədər azərbaycanlıların da Qız Qalasını sevdiyini qeyd edib, qalanın əvvəl məbəd və daha sonra mayak kimi istifadə edildiyini bildirib və 28 metrlik qalanın zirvəsidən Bakının ecazkar panoramasının müşahidə edildiyini diqqətə çatdırıb.

Azərbaycanın zəngin mətəxə malik olduğunun vurğulandığı məqalədə yerli əhalinin ənənəvi çörəyi olan – təndir çörəyinin xüsusi dada malik olduğu və onun inək pendiri, qaymaq, qara çay, mürəbbə ilə təqdim olunduğunu qeyd edikib, Azərbaycanın milli geyimi və məşhur əl xalçalarından danışılıb, XV əsrdə tikilmiş Şirvanşahlar sarayından söhbət açılıb.

Sonda Heydər Əliyev Mərkəzi, Qobustan və Atəşgah barədə oxucularını məlumatlandıran müəllif sözün əsl mənasında Azərbaycan valeh olduğunu və daha sonra buraya sevə-sevə gəlmək arzusunda olduğunu bildirib.

Məqalənin orijinalı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar.

http://mebusiness.ae/ar/news/show/28005

P.Sultanova

 

 

Paylaş:
453

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTOBu gün, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01
Bütün xəbərlər