“Formula-1”lə əlaqədar Bakının mərkəzindəki məktəblərdə dərslər təxirə salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Formula-1”lə əlaqədar Bakının mərkəzindəki məktəblərdə dərslər təxirə salınıb

10:51 - 25 / 04 / 2018
“Formula-1”lə əlaqədar Bakının mərkəzindəki məktəblərdə dərslər təxirə salınıb

Məlumdur ki, “2018 Formula-1 Azərbaycan Qran Pri yarışı” tədbiri ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.

1news.az-ın verdiyi xəbərə görə, həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

S.Xankişiyeva

 

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər