Bakıda taksi sürücüsü turisti "girov" götürdü

Bakıda taksi sürücüsü çinli turisti aldatmağa cəhd edib.
1news.az xəbər verir ki, bu barədə Çindən gələn turist, iqtisadçı Еасон Zanq öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, "London taksi”si (dövlət nömrə 10-TH-917) ilə Port-Bakıdan Abu Arenaya (Gənclik metrosu) gəlib.
"Həmin istiqamətə çatanda o, məndən 15 manat istədi. Amma bilirəm ki, bu məsafənin qiyməti maksimum 5 manatdır, 189 taksi xidmətindən istifadə etsəydim, 4 manat ödəyərdim. Bu məbləğin çox olduğunu deyəndə isə taksinin qapılarını bağladı və məni buraxmayacağını dedi".
Sürücü turisti polislə təhdid edib, amma çinli özü vəkil dostuna zeng edib ki, polisə müraciət etsin. Bundan sonra taksi sürücüsü qiyməti əvvəlcə 10, ardınca 8 manata endirib: "Ona 8 manat ödədim. Bu hadisənin Formula 1 yarışı vaxtı baş verməsi üzücüdür".
1news.az