Toyota ilə “Mümkünsüzlüyə meydan oxu” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Toyota ilə “Mümkünsüzlüyə meydan oxu” – FOTO

10:10 - 27 / 04 / 2018
Toyota ilə “Mümkünsüzlüyə meydan oxu” – FOTO

Bu yaxınlarda Toyota şirkəti həm Olimpiya və Paralimpiya ruhuna, həm də Toyata-nın qlobal vizyon və düşüncə tərzinə yaxın olan şövqləndirmə, cəsarət və tərəqqi kimi dəyərləri əks etdirən şüar altında beynəlxalq kampaniyaya start verib.

Toyota Beynəlxalq Olimpiya və Paralimpiya komitələri ilə qlobal tərəfdaş olduqdan sonra dünya üzrə bir sıra maraqlı layihələr həyata keçirməyə başlayıb.

Toyota-nın “Hamı üçün daha yaxşı hərəkət imkanı” fəlsəfəsinin məqsədi insanların dünyada hərəkət etmək tərzini dəyişməkdən ibarətdir. Bu prinsipə əsaslanaraq, şirkət – meqapolislər üçün ictimai nəqliyyat sisteminin optimallaşdırılmasından tutmuş fiziki məhdudiyyətli şəxslər üçün fərdi həllərin tapılmasına qədər – insan potensialını məhdudlaşdıran əngəlləri aradan qaldırmaq məqsədilə müxtəlif həllər təmin edir.

Toyota inanır ki, “hərəkət imkanı” təkcə maşınlara aid deyil və hərəkət etmək hər bir insanın haqqıdır. Beləliklə, bu kampaniya, habelə Olimpiya və Paralimpiya komitələri ilə əməkdaşlıq, şirkətin insanların hərəkət etmək hüququ uğrunda apardığı fəaliyyəti əks etdirir. “Mümkünsüzlüyə meydan oxu” kampaniyası qeyri-adi insan gücü və iradəsinə həsr olunub və insanları daha cəsarətli olmağa çağırır.

“Mümkünsüzlüyə meydan oxu” Toyota əməkdaşları, tərəfdaşları və müştərilərini ilhamlandırmağa, onları şirkətin əsas dəyərləri ilə bağlamağa yönələn qlobal korporativ təşəbbüsdür”, – deyə Toyota şirkətinin Satış və marketinqə dəstək şöbəsinin baş meneceri Noriaki Yamasita bildirib.

“Mümkünsüzlüyə meydan oxu” kampaniyası Olimpiya və Paralimpiya idmançılarının yaşadıqları hekayələrə, eləcə də iradə, təvazökarlıq, çalışqanlıq və heç vaxt təslim olmamaq kimi dəyərləri göstərən digər idmançıların həyat yoluna əsaslanır. Əzmkarlıq haqqında hekayələr, həmçinin, Toyota-nın tətbiq etdiyi texnologiyalar şirkətin mümkünsüzlüyə meydan oxuyan hər kəsin daha qərəzsiz və davamlı cəmiyyətdə yaşaya bilməsi üçün dəstək verməsindən xəbər verir.  Qlobal kampaniya iki kreativ hissədən ibarətdir: insan ruhunu tərənnüm edən “ilhamlanma” və Toyota-nın insanların hərəkət etməsinə kömək edən yenilikçi texnologiyaların istifadə edilməsindən irəli gələn “faktlar”.

Toyota bu yaxınlarda www.MobilityForAll.com adlı veb-saytını istifadəyə verib. ABŞ-nin Əlillər üçün Media üzrə Milli Mərkəzi ilə əməkdaşlıqla ərsəyə gətirilmiş bu sayt fiziki məhdudiyyətli istifadəçilər üçün nəzərdə tutulub və onlara saytın məzmunu ilə tanış olmaq imkanı yaradır. Görmə, eşitmə qabiliyyətindən məhrum və ya görmə, eşitmə qabiliyyəti zəif olan insanları, eləcə də hərəkət imkanları məhdud olan insanları nəzərə alan veb-saytın bütün funksiyaları elə yaradılıb ki, həmin istifadəçilər ondan tam rahatlıqla faydalana və istifadə təcrübəsindən zövq ala bilsin.

Bu kampaniya ilə bağlı bir neçə emosional video ilə aşağıdakı veb-saytda tanış ola bilərsiniz: https://www.toyota.az/mobilityforall/

Reklam hüququnda

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər