Azərbaycanda qəbiristanlıq ərazilər bələdiyyənin ixtiyarına verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qəbiristanlıq ərazilər bələdiyyənin ixtiyarına verilir

12:01 - 28 / 04 / 2018
Azərbaycanda qəbiristanlıq ərazilər bələdiyyənin ixtiyarına verilir

Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyələrin ixtiyarına verilir, qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaqlar bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur .

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bununla bağlı “Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur.

Layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.

S.Xankişiyeva

 

Paylaş:
841

Son xəbərlər

Bütün xəbərlər