Fövqəladə hallar nazirinin müavini yanğın baş verən binada su çatışmazlığı məsələsinə aydınlıq gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Fövqəladə hallar nazirinin müavini yanğın baş verən binada su çatışmazlığı məsələsinə aydınlıq gətirib

17:05 - 29 / 04 / 2018
Fövqəladə hallar nazirinin müavini yanğın baş verən binada su çatışmazlığı məsələsinə aydınlıq gətirib

Mən dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğının uzun müddət davam etməsinin su çatışmazlığı ilə əlaqədar olduğunu dedikdə binadakı daxili su nasoslarının suyu yuxarı mərtəbələrə lazımi vurma gücünün olmamasını nəzərdə tutmuşam.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

E.Mirzəyev deyib ki, söhbət xaricdən binaya su verilməsindən deyil, nasosların gücünün zəif olmasından gedir.

Qeyd edək ki, dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada iki dəfə yanğın baş verib. Yanğınlar FHN- Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

S.Xankişiyeva

 

 

 

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər