AZAL Bakı-Tivat reyslərinə aviabiletləri satışa çıxarıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Bakı-Tivat reyslərinə aviabiletləri satışa çıxarıb

11:50 - 30 / 04 / 2018
AZAL Bakı-Tivat reyslərinə aviabiletləri satışa çıxarıb

Bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.

1news.az-ın məlumatına görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən “Pasha Travel” şirkəti ilə çarter proqramı  çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək.

Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.

Qeyd edək ki, Tivat Monteneqronun Vrmas yarımadasında Kotor körfəzinin sahilində yerləşən müasir kurort şəhəridir. Mülayim iqlimi, gözəl çimərlikləri və rahat yerləşməsi hər il bura çoxlu turist cəlb edir. Tivatda infrastruktur yaxşı inkişaf etmişdir, yerli limanının saysız-hesabsız balıq restoranları və kafeləri bütün dünyadan qurmanların zövqüncə olacaq. Şəhər parkı nadir bitkilərlə zəngindir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri vasitəsilə AZAL-ın çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: [email protected] 

Həmçinin “Pasha Travel” turizm agentliyinə müraciət edə bilərsiniz: 

(+99412) 404 10 90

E-mail: [email protected]

1news.az

Paylaş:
475

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər