Xalq Bank I rübü bütün göstəricilər üzrə sabit artımla başa vurdu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xalq Bank I rübü bütün göstəricilər üzrə sabit artımla başa vurdu

12:40 - 30 / 04 / 2018
 Xalq Bank I rübü bütün göstəricilər üzrə sabit artımla başa vurdu

2018-ci ilin I rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı  əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayış etdirib.

Belə ki, Bankın aktivləri 2017-ci ilin sonuna olan göstəricilərlə müqayisədə 412 mln manat və yaxud 22,72 % artaraq 2 225.65 mln manat təşkil edib.

Bankın kredit portfeli I rüb ərzində 10.3 mln manat və yaxud 0,79% artaraq 1 322.55 mln manat təşkil edib. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricidir. 

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi birinci rüb ərzində 318.99 mln manat və yaxud 27,24% artaraq 1 489.90 mln manata çatıb. Bank rübü 7. 522 mln manat xalis mənfəətlə başa vurub.

Cari ilin ilk rübündə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirib.

Reklam hüququnda

 

 

 

 

Paylaş:
582

Son xəbərlər

BİRMARKET-də ŞOOOK Cümə!

18 / 11 / 2025, 12:30
Bütün xəbərlər