Tovuzda məktəbli 5 min manat tapdı və... | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda məktəbli 5 min manat tapdı və...

1news Redaksiyası12:38 - 30 / 04 / 2018
Tovuzda məktəbli 5 min manat tapdı və...

Tovuz rayonunun Əyyublu kəndində hər kəs Sahib İsgəndərov adına tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Faiq oğlunun nəcib hərəkətindən danışır.

1news.az  AZƏRTAC-a istinadla xəbər verir ki,  İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev isə sahibini taparaq pulu ona qaytarıb.

Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub.

1news.az  

Paylaş:
675

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər