Mayın 1-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mayın 1-nə olan hava proqnozu açıqlanıb

12:53 - 30 / 04 / 2018
Mayın 1-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 1-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz  cənub-şərq  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23,  Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
875

Son xəbərlər

Bütün xəbərlər